21 C
Baku
Thursday, April 25, 2024

Avropa Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı – 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

Rusiya mətbuatına istinadən, ECB həmçinin depozit faizlərini – 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Qeyd edək ki, qurumun bu ilin yanvart ayında keçirilmiş iclasında ECB monetar stimullaşdırmanın məbləğini 2 dəfə azaldaraq 60 mlrd. avrodan 30 mlrd. avroya endirib və müddətini bu ilin sentyabr ayına qədər uzadıb.

Bugünkü iclasla bağlı ECB-nin sədri Mario Draginin açıqlama verəcəyi gözlənilir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər