22 C
Baku
Thursday, April 25, 2024

Avropa Oyunları ilə bağlı bank işçiləri təlim keçməlidir

I Avropa Oyunları ilə bağlı ölkədə fəaliyyət göstərən bir sıra banklar öz işçilərinə təlimlər keçməyə başlayıblar.

Əsas məqsəd oyunlar ərəfəsində ölkəmizə gələn turistlərə və idmançılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsidir. Bir neçə maliyyə təşkilatı ayrı-ayrı filiallarda çalışan və müştərilərlə birbaşa ünsiyyətdə olan işçilərin xarici dil biliklərini təkmilləşdirmək üçün kurslar keçir. Banklardan bildirlir ki, işçilər mütəmadi olaraq təlimatlandırılır.

Bankın Departament rəhbəri Tural Vəliyev deyir ki, treninqlər yerli mütəxəsislər tərəfindən həftədə iki dəfə keçirlir. Bunun üçün də bankda Treninq Mərkəzi fəaliyyətə başlayıb.

Xatırladaq ki, Avropa Oyunları ilə bağlı Mərkəzi Bank kommersiya banklarının rəhbərləri ilə görüş keçirib. Bu görüşdə bank sektorunun ölkəyə gələcək əcnəbilərə daha yüksək səviyyədə xidmət göstərməsi üçün tapşırıqlar verilib.

ANS TV

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər