23 C
Baku
Saturday, April 20, 2024

Avropa Parlamentinin 32 dildə sərbəst danışan baş tərcüməçisi

Bir-iki xarici dil bilən insanlar həmişə digər insanlarda şərtsiz hörmət hissi və gizli həsəd yaradır. Lakin bu Avropa Parlamentinin baş tərcüməçisi İoannis İkonomuya aid deyil. Avropa Birliyinin 23 rəsmi dili olsa da 48 yaşlı İoannisin dil bazasında 32 xarici dil var.

İkonomu artıq 15 ildir ki, Avropa Parlamentində işləyir və sinxron tərcüməçiliklə yanaşı, çətin hüquqi mətnlərin də tərcüməsi ilə məşğul olur. Onun ana dili yunan dili olsa da, onun 6 yaşı olanda o ilk öncə ingilis dilini, 7 yaşında alman dilini, 10 yaşında italyan, rus dilini və s. dilləri öyrənmişdir. Onun hər öyrəndiyi dil ona əvvəl öyrəndiyi digər dillərdən daha asan gəlirdi və nəticədə İoannis 32 dil mənimsəmiş oldu. Qeyd edək ki, onun bildiyi dillər sırasında nadir və ölü dillər də var. Bunlara misal olaraq latın, sanskrit, irland dili, qədim fars dili də var. Bununla yanaşı tərcüməçi qeyd edir ki, o bu 32 dillə kifayətlənmək niyyətində deyil. Onun planlarında Efiopiya dilini də öyrənmək var.

Jurnalistlərin bu dilləri necə öyrənməsi ilə bağlı verdikləri sula İoannis velə cavab vermişdir ki, o bir dili öyrənərkən yalnızca qrammatik qaydaları, leksikanı öyrənmir, o həm də bir dili öyrənmək üçün həmin dilin aid olduğu ölkənin mədəniyyətini və adət-ənənələrini də öyrənir. Misal olaraq, onun sözlərinə görə Kipr çimərliklərinə aşiq olmadan və tart şərabından içmədən yunan dilini öyrənmək mümkün deyil.

Son xəbərlər
Digər xəbərlər