17 C
Baku
Friday, April 19, 2024

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda özəl şirkətə krediti verib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda özəl şirkətlərin birinə manat krediti verib.

Trend bu barədə AYİB-ə istinadən məlumat verir.

6 milyon manat həcmində kredit “Xaliq Faiqoğlu” MMC özəl avtobus operatoruna 35 yeni avtobusun alınması üçün verilib.

Qeyd olunur ki, kredit “Xaliq Faiqoğlu”nun daha müasir şəhər nəqliyyatı operatoruna çevrilməsinə xidmət edəcək:

“Kredit 35 yeni dizel avtobusunun alınmasına yönəlib. Bu avtobuslar “Euro 6” standartlarına tam cavab verəcək. Onlar köhnə avtobusları əvəz edəcək və şirkət tərəfindən illik karbon qazı tullantılarını 2 883 ton azaldacaq”.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC Bakıda avtobusla sərnişindaşımanın 20 faizdən çoxunu təmin edir, 2017-ci ildə isə 100 milyondan çox sərnişin daşıyıb.

Son xəbərlər
Digər xəbərlər