25 C
Baku
Friday, April 19, 2024

Avropada hansı ölkə daha fəal pul çap edir?

Çexiya Milli bankı ölkənin milli valyutası olan kronun məzənnəsini avroya münasibətdə sabit saxlamaq üçün fəal şəkildə pul çap etməyə başlayıb. Çexiyanı dünya üzrə qabaqlayan ölkə isə Çindir.

2014-cü ildən 2016-cı ilin birinci rübünün sonuna qədər olan dövrdə Çexiyada nağd pul həcmi 20,4% artıb. İqtisadçıların həyata keçirdiyi araşdırmadan sonra bəlli oldu ki, bu göstərici Çində 23, Böyük Britaniya 14,8, Yaponiyada 11, ABŞ-da isə 10,2% təşkil edirdi.

Çexiya Milli bankı çap edilən kronlar sayəsində avro əldə edib və valyuta ehtiyatlarını ikiqat artırıb.

Bununla yanaşı, Çexiyada inflyasiya 2% səviyyəsində qalır. Milli valyutanın həcminin artırıkması onun dəyərdən düşməsinə səbəb olur. Bu isə öz növbəsində banklara valyuta məzənnəsini idarə etməyə imkan verir.

İqtisadçılar belə hesab edir ki, yeni pulların çap edilməsində əsas məqsəd iqtisadiyyatın artımını uzatmaqdır. Avrozona 1959-cu ildən etibarən çap edilən nağd pul həcminə görə liderdir.

Bir faktı qeyd edək ki, ölkədə nağd pul həcminin çox olması ilə yanaşı, Çexiyanın nəhəng kommersiya banklarından biri olan ČSOB NFC-ödənişlər üçün ölkədə ilk mobil pulqabını yaratmış və işə salmışdı.

 

Son xəbərlər
Digər xəbərlər