14 C
Baku
Wednesday, April 24, 2024

Avropanın ən böyük dəfinəsi

Avropanın tarixində ən böyük dəfinə La-Manş boğazında yerləşən Britaniyanın Cersi adasında tapılmışdı. Dəfinə axtaranlar fermer sahəsində qazıntılar apararkən çoxdan gözlənilən tapıntıya rast gəldilər. Dəfinənin təxmini çəkisi 700 kq idi. 

Gizli sığınacaqda ümumi dəyəri 4-15 mln dollar (3-13 mln funt-sterlinq) olan on minlərlə qızıl və gümüş sikkələr tapılmışdı. Sikkələrin dəqiq miqdarını müəyyən etmək hələ mümkün olmayıb, belə ki torpaqda qaldığı müddətdə metallar bir-birinə sıx yapışmış və monolit bir struktura çevrilmişdi. Iri külçəni yerin səthinə qaldırmaq üçün güclü qaldırıcı qurğu lazım olmuşdur.

Dəfinənin yaşı 2 min ildən çoxdur. Aşkar edilmiş sikkələr bizim eranın başlanğıcına qədər keltlərdə çox istifadə olunmuşdu. Mütəxəssislər ehtimal edirlər ki, xəzinə Yuli Sezarın dövründə tez-tez baş verən romalıların növbəti hücumu zamanı basdırılmışdır.

Dəfinə axtaranlar Req Med və Riçard Maylz artıq 30 ildir ki, Cersi adasında qiymətli gizli yeraltı yolu axtarırdılar. Onlar nə vaxtsa qədim sikkələr haqqında yerli əfsanəni eşitmişdilər. Belə ki, bu yerlərdə əvvəllər də bir neçə dəfə qızıl sikkələr tapılıb. Onlar daha qiymətli dəfinə tapmağa ümid edirdilər. Onların ümidləri isə özünü doğrultdu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər