12 C
Baku
Friday, March 29, 2024

Avropanın ən yaxşı rəqəmsal bankının adı açıqlanıb

“CITI Bank” “Global Finance” jurnalının keçirdiyi müsabiqənin yekunlarına əsasən, Qərbi, Mərkəzi və Şərqi Avropa ölkələrinin əksəriyyətində ən yaxşı korporativ rəqəmsal bank seçilib.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, bank, həmçinin “İnformasiya təhlükəsizliyi ilə bağlı ən yaxşı təşəbbüslər”, “Ən yaxşı inteqrasiya olunmuş korporativ bank saytı,”, “Ən yaxşı onlayn-xəzinə xidməti” və s. nominasiyalarının qalibi olub.

Səudiyyə Ərəbistanında ən yaxşı rəqəmsal İslam bankı “Bidaya Home Finance”, Küveytdə “Boubyan Bank”, Pakistanda “Standard Chartered”, Estoniya və Litvada “SEB” İsveç Bankı, Polşada “mBank” ən yaxşı korporativ rəqəmsal bankı, İtaliyada “FinecoBank”, İrlandiyada “Bank of Ireland”, Portuqaliyada “Millennium bcp” ən yaxşı istehlak rəqəmsal bankı elan olunublar.

Son xəbərlər
Digər xəbərlər