15 C
Baku
Saturday, April 20, 2024

Avropanın ən yüksək qazanclı məşhuru qadın oldu

Amerikanın Forbes nəşri Avropanın 2017-ci ildə ən yüksək qazanc əldə edən məşhurlarının siyahısını təqdim edib.

Banker.az xəbər verir ki, sözügedən reytinqin ilk pilləsində Harry Potter müəllifi britaniyalı yazıçı Joanne Rowling qərarlaşıb. Nəşrin hesablamalarına görə, Rowling 12 ay ərzində vergi nəzərə alınmadan 95 milyon dollar qazanıb.

Reytinqin ikinci pilləsində 93 milyon dollar gəlir ilə portuqaliyalı futbolçu Christiano Ronaldo yer alıb. İlk üçlüyü isə britaniyalı musiqi qrupu Coldplay tamamlayır. Belə ki, qrup dünya turnesi sayəsində 88 milyon dollar qazanıb.

Həmçinin ingilis müğənni Adele (69 milyon dollar), isveçrəli tennisçi Roger Federer (64 milyon dollar), britaniyalı musiqiçi Elton John (60 milyon dollar), britaniyalı aşpaz Gordon Ramsay (60 milyon dollar), musiqiçi Paul McCartney (54 milyon dollar) də reytinqdə yer alıb.

Son xəbərlər
Digər xəbərlər