16 C
Baku
Saturday, April 20, 2024

Avropanın 7 ən ucuz paytaxt şəhəri

Əksər turistlər üçün “ucuz Avropa” ifadəsi sadəcə pis zarafat kimi səslənir və kinayəli gülüşdən başqa heç nəyə səbəb olmur, elə Almaniyadakı biletlərin qiymətini və ya London pivəxanalarında vişnə çubuqlaqrının dəyərini xatırlamaq kifayətdir ki, həqiqətin bundan nə qədər uzaq olduğunu anlayasan.

Amma Avropa ittifaqının o xüsusiyyəti yaxşıdır ki, onun sərhədləri getdikcə genişlənir və daha çox ölkələri, müxtəlif rəngarəng, unikal mədəniyyətə malik paytaxtları özündə birləşdirir.

Biz bu gün Avropa ən ucuz paytaxtların hansılar olduğunu aydınlıq gətirməyə çalışacağıq, məlumatlar Avropa Müstəqil Turist Assosiasiyası tərəfindən təqdim olunur.

İlk öncə gəlin ona aydınlıq gətirək ki, bizim əcnəbi həmkarlarımız bu siyahının tərtibi zamanı hansı meyarlara üstünlük veriblər. “Ucuz komfort” anlayışını təyin etmək üçün ən vacib məfhum “hardship level” –daha sadə dillə desək, əcnəbi turist üçün eyni ölkə daxilində ən azı bir şəhərdən digərinə getmək zamanı qarşılaşdığı çətinliklər səviyyəsidir. Nəzərə alın ki, 40% göstərici yadellilər üçün “son dərəcə çətinliklər” səviyyəsi hesab olunur. Bu siyahıda belə göstərici çox yuxarı qalxsa da digər komponentlər ilə, məsələn yerli mətbəxin və ya şəhər daxili nəqliyyatın çox ucuzluğu ilə kompensasiya olunur.

kishinyov

7. Kişinyov, Moldova

Valyuta: Moldova leyi (молд. leu)
Dil: Rumın, Hava: isti quru yay və mülayim qış
Hardship level: 30%, Ən Ucuz: ərzaq-qida malları, alkoqol

Korrupsiyanın səviyyəsi:2,9.

Maraqlı yerləri: Açıq səma altında muzey –Qədimi Orxey Qərbi Avropanın 10 ən maraqlı görməli yerləri sırasında daxil olmuşdur. Dünyanın ən iri səyahət agentliyi olan Lonely Planet tərəfindən tərtib olunmuş reytinqdə isə o 4-cü yeri tutmuşdur. Qədimi Orxey Kişinyovun 60 km-də yerləşən keçmiş dövrlərə məxsus bir şəhərcikdir. Burada yerləşən və bu günümüzə qədər gəlib çıxmış kilsə, monastır və muzeylərin bəzilərinin hətta 700 ildən çox yaşı var.

6. Buxarest, Rumıniya

Valyuta: Rumın leyi, Dil : Rumın
Hava: qaynar və nisbətən boğucu yay və mülayim qış, belə iqlim şəhərin nisbətən aşağı coğrafi enlikdə yerləşməsi ilə izah olunur
Hardship level: 30%, Ən ucuz: Alkoqol və tütün

Korrupsiyanın səviyyəsi: 3,7

Maraqlı yerləri: şəhər memarlığının qeyri-adi gözəlliyi və yaşıl mənzərəli bulvarlarına görə Buxaresti 1930-cu ildən bəri balaca Paris adlandırırlar. “Parlament sarayı” ölçüsünə görə Pentaqondan sonra ikinci ən nəhəng binadır. “Kənd muzeyi” isə dünyada belə tipdə olan ən böyük muzeydir. Snaqov monastırı da turistlərin ən çox ziyarət etdiyi yerlər sırasındadır.

skopye

5. Skopye, Makedoniya

Valyuta: Dinar, Dil: Makedoniya və alban dili

Hava: rütubətli, subtropik iqlim, isti və rütubətli yay
Hardship level: 30% Ən ucuz: Alkoqol və tütün.
Korrupsiyanın səviyyəsi: 4,1.

Maraqlı yerləri: Müqəddəs Tereza ana məhz Skopyedə doğulmuşdur. Buna görə də şəhər başdan-başa bu müqəddəs, məşhur qadının baş çəkmiş olduğu yerlər ilə doludur. Vardar çayı üzərindəki daş körpü isə -Skopyenin simvolu hesab olunur. Həmçinin 15-ci əsrdə tikilmiş Davut Paşa hamamı və Minilliyin Xaçı (Mileniumski Krest) əsas turizm obyektləridir.

pristina

4.Priştina, Kosova

Valyuta: Avro, Dil: alban
Hava: rütubətli, kontinental iqlim, mülayim qarlı qış
Hardship level: 40%, Ən ucuz: təhsil və qida məhsulları

Korrupsiyanın səviyyəsi: 2,8

Maraqlı yerləri: Kosova İncəsənət qalereyası, Böyük Hamam kompleksi, Hermiya parkı, Sultan Murad Məqbərəsi, Ulpiana şəhərinin qalıqları.

sofia

3. Sofiya, Bolqarıstan

Valyuta: bolqar levi, Dil: bolqar dili
Hava: yaz Sofiyada çox erkən başlayır, amma uzun davam edir, amma belə coğafi mövqedə yerləşməsinə baxmayaraq yay nisbətən sərindir, amma bəzən temperatur +35 °C dərəcəyə və daha yuxarı da qalxa bilər. Burada hava daha tutqun və yağışlı olur, bu isə onu digər Aralıq dənizi iqliminə malik şəhərlərdən fərqləndirir, belə ki həmin iqlimin əsas xüsusiyyəti çox qaynar və demək olar ki yağıntılarsız yaydır.
Hardship level: 30%, Ən ucuz: kommunal xidmətlər və xidmət haqları

Korrupsiyanın səviyyəsi: 3,6Maraqlı yerləri: Sofiya –Balkanın ürəyidir: Egey dənizi 300 km, Qara dəniz –400 km, Alp dağları –Rila –100 km, Pirin –200 km, Olimp 400 km məsafədə yerləşir, bundan əlavə Dunay çayı, Saloniki, Afina, Belqrad, İstanbul kimi şəhərlər də coğrafi baxımdan çox da uzaq deyillər. Vitoşa dağları (2290 m), Vitoşa Milli Parkı və Boyansk şəlaləsi əsas turizm obyektləridir, burada trekkinq də həyata keçirmək mümkündür. “İskar” və “Pançerovo” bəndləri sayəsində burada yelkənli qayıq və avarçəkmə yarışları təşkil olunur, həmçinin balıqçılıq həyata keçirilir. Qara məscid də görməli yerlər sırasındadır.

tirana

2. Tirana, Albaniya

Valyuta: Albaniya leki. Dil: alban

Hava: Tirana dağlar-arası vadidə yerləşir, Adriatik dənizindən 40 km-də yerləşir. Regionun iqlimi subtropik, Aralıq dənizi iqlimidir.

Hardship level: 40%. Ən ucuz istehlak malları və tibb xidmətləri

Korrupsiyanın səviyyəsi: 3,3. Maraqlı yerləri: Bəlkə də bu siyahıda ən maraqlı şəhərlərdən biri Tiranadır. Elə birinci ondan başlayaq ki, paytaxtın Meri Edi Rama –keçmişdə adi küçə rəssamı olmuşdur. Onun ilk qərarlarında biri şəhəri boya ilə təchiz etmək və şəhərin, boz, darıxdırıcı görkəmini dəyişərək, paytaxtı rəngarəng, parlaq boyalar ilə rəngləmək olmuşdur. Nəticədə bir vaxt birtonlu, saya və post-kommunist təsir bağışlayan şəhər əlvan və sevincli bir məkana çevrilmişdir.

saraevo

1. Sarayevo, Bosniya və Herseqovina

Valyuta: Bosniya Valyutası, Dil: bosniya, xorvat, serb dilləri

Hava: orta kontinental iqlim
Hardship level: 40%, Ən ucuz: təhsil və məişət xərcləri
Korrupsiya səviyyəsi: 3,2.

Maraqlı yerləri: Milyaçka çayı üzərində asılmış “Kozi Körpüsü” şəhərin ən maraqlı, görməli yerlərindən biridir, onun yanında həmçinin Prinsip muzeyi yerləşir. “Çarşı ” bazarı və “Bar-çarşı” ticarət meydanı hələ qədim zamanlardan Sarayevonun ən görməli yerlərindən biri hesab olunur. Onlar daha çox Göyərçin meydanı ilə dünyada məşhurluq qazanıb. Bura yüzlərlə göyərçinin sevimli məkanıdır. Yaxınlıqda Qazı-Xosrov-Bəy və Brusa ticarət meydanları yerləşir, bir zamanlar bura Böyük ipək yolunun ən vacib dayanacaqlarından biri olmuşdur.

Son xəbərlər
Digər xəbərlər