15 C
Baku
Friday, March 29, 2024

Avstraliyalı iqtisadçı xoşbəxtliyin qiymətini hesablamışdır

Avstraliyadan olan iqtisadçı Pol Frijters insan həyatına sevinc və kədər gətirən hadisələrin effektinin pulla ifadəsini hesablamışdır. Alim hesab edir ki, bu məbləğ insanın cinsindən asılıdır.

Frijters 2001-ci ildən başlayaraq 10 min insanın  həyatını öyrənmişdir.

Respondentlər 8 ballıq şkala üzrə həyatlarında baş verən hadisələrdən məmnunluqlarını qeyd etmişlər. Nəticələr pul ekvivalentləri ilə tutuşdurulmuşdur və bu, bir qədər ədəbsiz görünür.

Məsələn, kişilər boşanmanı emosional şəkildə elə yaşayırlar ki, sanki 61,5 min funt sterlinq itirmişlər.  Bu hadisə qadınları 5 min funt sterlinq itki hiss etməyə vadar edir. Yaxın adamların və ya uşaqların ölümü qadınlarda 73 min funt, kişilərdə 350 min funt itki ilə qiymətləndirilir, uşaq doğulması kişilərə 18,2 min funt, qadınlara 4,9 min funt dəyərində sevinc gətirir.

Qadınlar üçün toy 8,7 min funt, kişilər üçün 17,7 min funt gəlir əldə etməyə bərabərdir. Təzə yerə köçmək isə qadınlarda 1,45 min funt gəlirə, kişilərdə 8,95 min funt itkiyə bərabərdir.

Son xəbərlər
Digər xəbərlər