15 C
Baku
Saturday, April 20, 2024

Avto kreditlər dayandırıldı

Bir neçə gün öncə girovsuz kreditlərdə müştərilərin rəsmi gəlirini təstiq edən sənəd olmadan kreditin verilməsi qadağan edilir.

Bu qərar isə ölkə banklarında daha çox avtomobil kreditlərin mənfi təsir etməyə başlayıb.

Hazırda bir bəzi banklar artıq avto kreditlərin verilməsini dayandırıb.

Kreditlərin dayanmasından keçən bir neçə gün ərzində hətta sığorta şirkətlərinin müştəriləri də kəskin azalıb. Bəzi şirkətlərdə isə ümumiyyətlə sıfra enib.

Məsələ bundadır ki, kreditlərdə yaranan fasilə insanların gəlirlərinin azalmasına belə səbəb olacaq. Belə vəziyyətdə insanlar xərclərinə diqqət etməyə başlayır.

Orta hesabla, sığortalanan avtomobillərin 70%-dən çoxu kreditlə alınanlardır. Bəzi şirkətlərdə isə kasko sığortanın 90%-ə qədər hissəsi kreditlə alınan avtomobillərin payına düşür.

Amma ekspertlərin fikrincə, bu vəziyyət uzun çəkməyəcək və yəqin ki, banklar 1 həftə – 10 gün ərzində bu problemi aradan qaldırmağa çalışacaqlar.

Son xəbərlər
Digər xəbərlər