23 C
Baku
Saturday, April 20, 2024

Avtobuslarda gediş haqqının artırılmasına dair məlumatlara RƏSMİ cavab gəldi

Son dövrlərdə müxtəlif KİV-də Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı bir sıra məlumatlar yayılıb.

Banker.az-a Agentlikdən daxil olan xəbərə görə, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır. Qurum bildirir ki, ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin,(tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Tarif Şurasıdır.

Eləcə də bax: “Baku Bus”ın yığılmış zərəri 152 mln. manata çatıb

“Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil.” – deyə məlumatda bildirilir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər