25 C
Baku
Friday, April 19, 2024

Avtokreditlərin dayanması sığorta şirkətlərində – PROBLEM YARADIB

Azərbaycan banklarının avtomobil kreditlərini kəskin azaltması sığorta şirkətlərinin işinə mənfi təsir etməyə başlayıb. Fins.az verdiyi məlumata görə,kreditlərin dayanmasından keçən bir neçə gün ərzində sığorta şirkətlərinin müştəriləri kəskin azalıb. bəzi şirkətlərdə isə ümumiyyətlə sıfra enib. Bu barədə  sığorta şirkətlərindən bildiriblər.

Şirkət nümayəndələrinin sözlərinə görə, bankların avtomobil kreditlərini dayandırması bank sektorundan sonra sığorta bazarına da mənfi təsi retməyə başlayıb. Bazar iştirakçılarının sözlərinə görə, hazırda avtomobillərin könüllü (KASKO) sığortası bazarının böyük hissəsi kreditlə alınan avtomobillərin payına düşür. “Orta hesabla, sığortalanan avtomobillərin 70%-dən çoxu kreditlə alınanlardır. Bəzi şirkətlərdə isə kasko sığortanın 90%-ə qədər hissəsi kreditlə alınan avtomobillərin payına düşür. Məsələn əgər həftə ərzində şirkət avtomobil sığortasından 30 min manat sığorta haqqı toplayırdısa, bunun 25-26 min manatı kreditlə verilən maşınların payına düşürdü””-deyə şirkətlərdən bildirilib. Nəticədə avtomobil kreditlərinin dayanması sığorta üçün müraciət edənlərin sayını və sığorta şirkətlərinin gəlirlərini kəskin azaldıb.

 20070620170003

Ekspertlərin fikrincə, bu vəziyyətdən ən çox iri maliyyə qruplarına və holdinqlərinə daxil olan, eləcə də tərəfdaş banklarla işləyən sığorta şirkətləri əziyyət çəkəcək.

Bəzi bazar iştirakçıları avtomobil kreditlərində fasilə yaranmasının sığorta şirkətlərinn işi üçün ciddi təhlükə yarada biləcəyini düşünürlər. Onların fikrincə, sığorta biznesi davamlı olmalı ona daima pul daxil olmalıdır ki, öhdəliklərini icra edə bilsin. əks halda şirkətlərin işində və öhdəliklərinin icrasında problem yarana bilər: “Bu vəziyyət davam etsə, şirkətlər üçün təhlükə yaranacaq. Elə şirkət var ki, vəziyyətə cəmi 6 ay dözə bilər. Bir ildən artıq davam etsə isə sığorta şirkətləri iflas təhlükəsi ilə üzləşərlər, çünki şirkətlər indi öz pullarını xərcləyirlər”.

 Samir Mammadov Revan Sigorta_0

“Rəvan Sığorta” şirkətinin idarə heyətinin üzvü Samir Məmmədov son günlər avtomobil kreditlərinin dayanması nəticəsində şirkətə müraciətlərə təsir etdiyini təsdiqləyib: “Bizim şirkətdə əsas fəaliyyət sahəsi kasko olduğuna görə bizə də təsir edəcək”. Amma onun sözlərinçə görə, bu vəziyyət uzun çəkməyəcək. S.Məmmədov bildirib ki, hazırda avtomobillərin kasko sığortasının böyük hissəsi kreditdə olan avtomobillərin payına düşür: “Amma biz bu halın müvəqqəti olacağını hesab edirik”. Yəqin ki, banklar bu vəziyyəti 1 həftə – 10 gün ərzində aradan qaldıracaqlar. Bundan sonra sığorta şirkətlərinə müraciətlər də artacaq. Düşünmürəm ki bundan artıq çəkəcək”. S.Məmmədovun sözlərinə görə, hələlik bu vəziyyətin sığorta şirkətlərinin fəaliyyətinə təsirindən danışmaq tezdir: ” Prooblem o vaxt yarana bilər ki, avtomobil kreditlərinn dayanması prosesi 1-2 il çəksin. Amma biz bunun 1 aydan artıq davam edəcəyinə inanmırıq”. Bu proses uzun müddət davam etdiyi təqdirdə isə, portfelin diversifikasiyası baş verməlidir: “Yəni başqa sığorta növlərinə marağı artırmalıyıq”.

Bazar iştirakçıları bildirir ki, bu vəziyyətin davam etməsi sığorta şirkətinin sair gəlirlərinin azalmasına ilə nəticələnə bilər. Məsələ bundadır ki, kreditlərdə yaranan fasilə insanların gəlirlərinin azalmasına səbəb olacaq. “Belə vəziyyətdə insanlar xərclərinə diqqət etməyə başlayır. Bu da sığortaya marağı azaldır. Çünki sığorpta insanların əsas xərc maddəsi sayılmır. Yəni istənilən halda bu yenilik sığorta bazarına mənfi təsir edir”. Bu posesdə yeganə müsbət cəhət – sığortaya marağın azalması nəticəsində tariflərin də aşağı düşməsi ola bilər. Amma bu da xidmətin səviyyəsini aşağı salacaq – şirkətlər xərclərini azaltmaq üçün müxtəlif üsullara, o cümlədən yersiz imtinalara əl ata bilər və s.

Son xəbərlər
Digər xəbərlər

7 ŞƏRH

Comments are closed.