22 C
Baku
Friday, April 19, 2024

Avtomobil idxalı 2 dəfədən çox artıb

2017-ci il ərzində Azərbaycana, ümumilikdə 13 098 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən, 2016-cı ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 7 352 ədəd və ya 2,28% artıb.

Ölkəyə gətirilən avtomobillərin 187 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 11 610 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 227 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 74 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər