26 C
Baku
Wednesday, April 24, 2024

Avtomobil sahibi qəzada öldüyü halda, sığorta müqaviləsinə xitam verilib-verilməyəcəyi hallar müəyyənləşib

Azərbaycanda avtomobil qəzası zamanı avtomobil sahibi öldükdə sığorta müqaviləsinə xitam verilib-verilməyəcək hallar müəyyənləşir.

APA-nın verdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən hazırlanan “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları” layihəsinə əsasən sığortalı olmayan sığorta olunanın öldüyü halda onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə sığorta müqaviləsinə xitam veriləcək.

Sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış avtomobili qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs ölərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçəcək. Eyni zamanda sığorta müqaviləsində başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti olan miras əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçəcək.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər