12 C
Baku
Thursday, March 28, 2024

Avtomobil sığortası hansı hallarda ödənilir?

Avtomobil sığortası hazırda ölkəmizdə ən çox istifadə olunan sığorta növlərindən hesab olunur. Lakin, avtomobilini sığortaladan şəxslər bəzən diqqətsiz olurlar. Bilməlisiniz ki, gözdən qaçırdığınız hər bir detal, sonra sizə böyük bir problem ola bilər.

Sığorta haqqı maşının dəyərindən, ödəniş məbləğindən, sürücünün təcrübəsindən və başqa detallardan asılı olaraq sığorta məbləğinin 3-5%-ni təşkil edir.  Avtomobiliniz sığortası zamanı müqaviləni imzaladığınız zaman ilk növbədə çox diqqətlə oxumağı və şərtlərlə tanış olmağınız məsləhət görülür. Hətta müqavilə bağlanandan sonra da avtomobil sahibləri maşın və onu idarə edən şəxslə bağlı bütün dəyişikliklər barədə sığorta şirkətinə məlumat verməlidir.

Aşağıdakılar baş verə biləcək hadisələr nəticəsində avtomobilinizin məhv olması və ya zədələnməsi riski üzrə sığorta hadisəsi hesab olunur:

  • avtonəqliyyat hadisəsi: avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr;
  • əşyaların zərbəsi: avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi;
  • təbii fəlakət: sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr;
  • üçüncü şəxs(lər)in qanunazidd hərəkət(lər)i;
  • oğurluq, quldurluq, qaçırma və soyğunçuluq nəticəsində avtomobilə dəyən zərər;
  • yanğın və partlayış;
  • heyvanların hərəkəti: avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti.

Avtomobil sığortası zamanı əlavə hansı xidmətlərdən yararlana bilərsiniz?

  • Yolda texniki yardım xidməti;
  • Avtomobilin zədələnməsi nəticəsində alternativ avtomobil ilə təmin edilmə;
  • Sığorta təminatının respublikamızın hüdudlarından kənarda Avropa, MDB və Yaxın Şərq ölkələrini əhatə edəcək şəkildə genişləndirilməsi;
  • Sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığorta təminatının verilməsi;
Son xəbərlər
Digər xəbərlər