26 C
Baku
Friday, April 19, 2024

Awesome Oscillator (AO) – möhtəşəm ossilyator

Awesome oscillator (AO) indikatoru öz geniş populyarlığını Bill Uilmyamsın “Birja ticarətində yeni ölçülər” kitabındakı təsvirinə görə qazanmışdır. Awesome oscillator indikatoru treyderlər üçün olan proqram məhsullarının əksəriyyətinin tərkibinə daxildir (o cümlədən MetaTrader4). Bill Uilyams AO ossilyatorunu fond və ticarət bazarında hərəkət edən qüvvənin ən yaxşı indikatoru adlandırır və iddia edir ki, treyder təkcə bu ossilyatordan istifadə etməklə də fyuçers və fond bazarlarında kifayət qədər müvəffəqiyyət qazana edə bilər.

Formula:

Awesome oscillator kifayət qədər sadə indikatordur: burada barların mərkəz nöqtələri əsasında qurulmuş ((Н+L)/2) 34 dövrlük sadə dəyişən ortaqdan (SMA) və yenə də barların mərkəz nöqtələri əsasında qurulmuş (Н+L)/2 5 dövrlük sadə dəyişən ortaqdan (SMA) istifadə olunur, indikator histoqram şəklində təsvir olunur.

Yəni AO bilavasitə son beş barın hərəkət qüvvəsini ölçür və onları son 34 barın hərəkət qüvvəsi ilə müqayisə edir.

«Awesome Oscillator» ossilyatoru— 5 dövrlük sadə ortaq dəyişəndən (SMA) 34 dövrlük sadə ortaq dəyişənin çıxılması nəticəsində əldə olunur. Bu dövrlərin standart davamiyyətini (34 və 5) dəyişmək də olar.

Yəni:

AO = SMA ( 5 periodun ORTAQ QIYMƏTI) — SMA (34 periodun ORTAQ QIYMƏTI)

Burada:

SMA — Sadə dəyişə ortaq (Simple Moving Average)

Ortaq qiymət = (Maksimum + minimum)/2 (barların mərkəzi nöqtələrindən keçməklə qurulur)

Adətən proqram təminatında histoqramın əvvəlki sütundan hündür olan istənilən sütun yaşıl rəngdə təsvir olunur. Qırmızı rəngdə isə əvvəlki sütundan daha aşağı olan histoqramın sütunu verilir. Bu isə hərəkət qüvvəsinin dəyişməsini olduqca asan şəkildə izləməyə şəraiti yaradır.

Bill Uilyams alış üçün üç mümkün siqnal qeyd edir (həmçinin alış siqnalının tamamı ilə əks olan üç satış siqnalı) ki, awesome ossilyatoru onları yarada bilər.

1. “Saucer” – yeganə alış siqnalıdır ki, awesome oscillator histoqramının sıfırıncı xətdən yuxarıda yerləşdiyi zaman meydana çıxır. “Saucer” siqnalının yaranması üçün ən azı histoqramın üç sütununu müşahidə etmək lazımdır. “Saucer” o zaman yaranır ki, histoqram öz eniş istiqamətini yüksəlişə doğru dəyişir, yəni 1-cinin qiyməti 2-cidən daha yüksəkdir, 2-cinin qiyməti 1-dən daha aşağıdır (qırmızı sütun), 3-cünün qiyməti 2-cidən yüksəkdir (yaşıl sütun). Bu zaman awesome ossilyatorunun bütün histoqramları sıfırıncı xətdən yüksək olmalıdır.

1st2

2. Nought line crossing – sıfırıncı xəttin kəsişməsi – alış siqnalı o zaman formalaşır ki, awesome oscillator histoqramı mənfi qiymətlərdən müsbət qiymətlərə keçir.

Bu o zaman baş verir ki, histoqram sıfır xəttini kəsir. Nought line crossing -alış siqnalının yaranması zamanı histoqramın siqnal sütunun rəngi həmişə yaşıl rəngdə olacaqdır.

2st
3. “Two pikes” – iki pik alış siqnalı o zaman formalaşır ki, sizin aşağıya doğru yönəlmiş pikiniz olur (ən aşağı minimum), o awesome ossilyatorunun sıfır xəttindən aşağıda yerləşir. Onun arxasınca daha bir aşağıya doğru yönəlmiş pik gəlir, lakin o, özündən əvvəlkinə (aşağıya doğru yönəlmiş pikə) nisbətən yuxarıda dayanır (mənfi rəqəmdir, mütləq qiyməti daha az olduğuna görə o, sıfır xəttində daha yaxındır). Histoqram iki pik arasında sıfır xəttindən aşağıda olmalıdır. Əgər İki Pik arasında histoqram sıfır xəttini kəsərsə, siqnal işə yaramır. Amma bu zaman sıfırıncı xəttin kəsilməsi siqnalı yarana bilər, əgər sonra daha bir hündür pik yaranarsa ( hansı ki sıfır xəttinə yaxındır) və histoqram sıfır xəttini kəsməsə onda əlavə alış siqnalı yaranır. Histoqramın siqnal sütunu yaşıl rəngdə olmalıdır.

2st1

Əgər histoqramın siqnalı sütunu yaşıl rəngdə olarsa, satış siqnalı ola bilməz. Əgər o, qırmızı rəndədirsə, onda awesome oscillator indikatoru üzrə sizin alış siqnalınız yoxdur. Digər vacib məqam odur ki, əgər alış və ya satış siqnalı formalaşarsa, amma cari qiymət barı ilə dəstəklənməzsə ( ya özünü doğrultmazsa), onda histoqramın sütunu öz rəngini dəyişir və həmin siqnal ləğv olunur.

Əksər ticarət sistemləri bir-birinin siqnallarını tamamlayan və korrektə edən indikator komplekslərindən istifadə edirlər. Yadda saxlamaq lazımdır ki, istənilən ticarət sistemi və indikatoru düzgün istifadə və sınaqdan keçirilmə tələb edir. Ona görə də hər hansı bir ideyanı ticarətdə və real hesabda tətbiq etməkdən öncə təkidlə tövsiyə olunur ki, demo hesablarda praktika edəsiniz və tarixi məlumatlarla tutuşdurasınız.

awesome4

Son xəbərlər
Digər xəbərlər