16 C
Baku
Thursday, March 28, 2024

Palata “AXA MBASK”-ın işi ilə bağlı açıqlama verdi

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “AXA MBASK” sığorta şirkəti ilə bağlı bəzi media orqanlarında yayılan xəbərlərə rəsmi şəkildə müsanibət bildirib.

Palata mənbənin sorğusuna əsasən bildirib ki, “AXA Mbask” Sığorta şirkətində 27.09.2017-31.10.2017 aralığında Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən yoxlama keçirilib. Aparılmış yoxlama nəticəsində müəyyən edilən nöqsanların aradan qaldırılması məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-Təqdimat verilib.

Məlumat üçün bildirək ki, bu gün bəzi media orqanlarında Palatanın sanksiyası ilə “AXA MBASK” sığorta şirkətinin idarə heyətinin sədri Səlcuk Adıgözəlin müvəqqəti vəzifəsindən kənarlaşdırılması ilə bağlı məlumatlar yayılmışdı. “ AXA MBASK” Sığorta şirkəti isə öz növbəsində yerli maliyyə saytı Fins.az-a rəsmi açıqlamasında məlumatın yanlış və əsassız olduğunu bildirmişdi.

 

Son xəbərlər
Digər xəbərlər