13 C
Baku
Friday, March 29, 2024

“AXA MBASK” səhmdarları İstanbula toplaşır

“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (olduğu yer: Bakı şəhəri, Nobel prospekti 15, AZURE Biznes Mərkəzi) səhmdarlarının nəzərinə çatdırılır ki, 13 iyun 2017-ci il tarixdə saat 10:00-da Meclisi Mebusan Cad. No:15 34433 Salıpazarı, Beyoğlu, İstanbul, Türkiyə Respublikası ünvanında səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir. Bu barədə SŞ-nin İdarə Heyəti ictimayətə açıqlama verib.

Məlumta əsasən, səhmdarların ümumi yığıncağının gündəliyinə, 2016-ci il üzrə cəmiyyətin fəaliyyətinin nəticələrinə və maliyyə hesabatlarına baxılması, 2017-cı il üzrə cəmiyyətin büdcəsinə baxılması,  digər məsələlər daxildir. Gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə sənədlərlə şirkətin yuxarıda qeyd olunan ünvanındakı ofisində tanış olmaq olar.

Son xəbərlər
Digər xəbərlər