22 C
Baku
Tuesday, April 23, 2024

“AXA MBASK” Sığorta Şirkətinin aktivləri azalıb

“AXA MBASK” Sığorta Şirkəti ASC-nin cəmi aktivləri kiçilib.

Banker.az bu barədə Sığorta Şirkətinin 2017-ci ilin yarım illik üçün açıqladığı hesabatına istinadən xəbər verir.

Məlumata görə, uzunmüddətli aktivlərində cüzi artım olsada qısamüddətli aktivlərlərindəki kəskin dəyişmə Şirkətin cəmi aktivlərinə təsir edə bilib. Belə ki, ilin əvvəli ilə müqayisədə cəmi aktivləri 2,23 milyon manat kiçilərək 36,1 milyon manat təşkil edib.

“AXA MBASK”  sığorta ehtiyyatlarında təkrarsığortanın payı 63% kiçilərək 6 ayın sonunda 1,162 milyon manat olub.

Sığorta Şirkətinin cəmi öhdəlikləri 18,31 mln. manatdan 16,48 mln. manata düşüb.

“AXA MBASK” ötən ildən qalmış 3,03 milyon manatlıq zərəri bağlaya bilməyib. Hazırda Sığorta Şirkətinin cəmi kapitalı 19,58 milyon manat təşkil edir ki, bu da 2017-ci ilin əvvəli ilə müqayisədə 398 min manat kiçilməsi deməkdir.

“AXA MBASK” hesabat dövründə nəhayət zərərdən mənfəətə keçə bilib. Şirkət 2017-ci ilin 6 ayını 4 milyon manatan çox xalis mənfəətlə bitirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər