15 C
Baku
Tuesday, April 23, 2024

“AXA”nın tərk edəcəyi “MBask”ın səhmdar kapitalı 21% artırıldı

“AXA Mbask” Sığorta Şirkətinin nizamnamə kapitalını 4 200 090 manat və yaxud 21,3% artıraraq 23 933 828 manata çatdırılıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, dövriyyəyə  buraxılan hər birinin nominal dəyəri 382 manat olmaqla ümümi həcmi 4 599 662 manatdır. Yerləşdirilməsi nəzərdə tutulan 12 041 ədəd səhmlərin yalnız 10 995 ədədini yerləşdirilib.

Xatırladaq ki, AXA MBASK-ın səhmlərinə Fransada qeydiyyata alınmış “AXA Group” tərəfindən nəzarət edilir. Lakin, cari ilin ilk aylarında yayılan məlumata görə, səhmərin 100%-ni “Unibank” ASC səhmdarı, Müşahidə Şurası üzvü olan iş adamı Elxan Qəribli tərəfindən alınıb və tezliklə “AXA”nın adı S.Ş-nin adından götürləcək. Həmin ərəfədə Sığorta Şirkəti rebrendinq edəcəyini və bir sıra dəyişiklik edəcəyini bildirmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər