İş axtaran zaman yol verdiyimiz səhvlər

Əgər işə götürənlər sizin tərcümeyi-halınıza qarşı biganə yanaşırsa və yaxud müsahibədən sonra sizə zəng etmirlərsə, öz işə düzəlmək strategiyanıza nəzər yetirməlisiniz. 

Əgər siz hər hansısa məqsədə nail olmaq istəyirsinizsə, deməli, siz nəyisə düz etmirsiniz. Səhvlər üzərində çalışmaq nəticəyə nail olmaq üçün düzgün və yeganə yoldur. İş axtarışı zamanı iki cəhətə diqqət yetirək: tərcümeyi- halınıza reaksiyanın və müsahibələrdən sonra iş təkliflərin olmaması.

İşə götürən sizin tərcümeyi halınıza reaksiya vermir

Əgər siz tərcümeyi-hallarınızı müəyyən yerlərdə yerləşdirdikdən və göndərdikdən sonra sizə hələ də bir cavab gəlmirsə, deməli, sizin tərcümeyi-halınız bir o qədər yaxşı deyil və yaxud siz onu düzgün yerlərə göndərməmisiniz.

Siz tərcümeyi-halınızda vacib amilləri qeyd etmişsinizmi? Orada öz təcrübənizi və məqsədlərinizi düzgün qeyd etmişsinizmi? Əgər siz hesab edirsiniz ki, olduqca yaxşı tərcümeyi- hal yazmısınız, o zmaan onu hara yerləşdirmək və haralara göndərmək haqqında düşünmək lazımdır. İşə götürənlər gün ərzində bir vakansiyaya görə onlarla, yüzlərlə tərcümeyi-hal ala bilərlər. Təəccüblü deyil ki, sizin tərcümeyi-halınızı sadəcə olaraq oxumaya bilərlər. Buna görə işə düzəltmə üzrə saytların yerləşdirdiyi vakansiyalara reaksiya göstərmək kifayətli deyil.

Vakansiya olan şirkətin əlaqə nömrələrini, ünvanını öyrənin. Həmin şirkətin elektron ünvanına öz tərcümeyi-halınızı göndərin. Sonra isə zəng edərək dəqiqləşdirin ki, onlar sizin tərcümeyi- halınızı  alıblar, yoxsa yox. Əslində bütün vasitələr yaxşıdır. Buna görə həmin şirkətdə personala cavabdeh olan əməkdaşı tapmaq və biləvasitə olaraq vakant yerlə maraqlanmaq olar. Beləliklə, sizin müsahibəyə dəvət olunmaq şansınız artır.

Müsahibədən sonra işə götürən sizə zəng etmir

Əgər müsahibədən sonra işə götürən sizə zəng etmirsə, yəqin ki, özünüzü təqdim etmək üzərində çalışmalısınız. Özünü «satmaq» o qədər də asan deyil, lakin bunu öyrənmək lazımdır. Özünüzə bir neçə asan sual verin:

  • Şirkəti ziyarət etməmişdən öncə siz onun haqqında yetərincə məlumat toplamısınızmı?
  • Siz müsahibəni söhbətə çevirməyə cəhd etmişdinizmi?
  • Siz bu vəzifədə öz öhdəliklərinizi və məsuliyyət dərəcənizi yaxşı anlayırdınızmı?
  • Siz fikirləşmişdinizmi ki, hansı çətinlik və suallarla qarşılaşaqsınız?

Əgər sizin üçün nəticə həqiqətən də vacibdirsə, müsahibəyə hazırlaşmağı ehmal etməyin.

📝 RƏY BİLDİR