21 C
Baku
Tuesday, April 16, 2024

İş axtarışı: hansı səbəblərə görə “yox” cavabı alırsınız?

İş axtarışları zamanı uğur ilə yanaşı, rədd cavabı da qaçılmazdır. Hər bir “yox” cavabının məyusluq və təəssüf ilə müşayiət olunması kifayət qədər başa düşüləndir.

Bəzi hallarda mənfi cavab almağınız digər namizədin daha yaxşı olması ilə əlaqəli ola bilər. Lakin bəzən “yox” cavabı eşitməyinizə əsas səbəb məhz özünüzün söz və ifadələrinizdir.

Banker.az potensial iş axtaran şəxslərin müsahibədən “yox” cavabı almaqlarının bəzi əsas səbəblərini təqdim edir:

“Ev tapşırığı”-nı yerinə yetirməmisiniz:

İndi hər kəs müsahibəyə yollanmadan əvvəl potensial işəgötürən şəxs haqqında mümkün qədər çox məlumat əldə etmək imkanına sahibdir. Əgər belə bir imkandan yararlanmamısınızsa, bu böyük çatışmayan cəhətiniz kimi qiymətləndiriləcək.

Müsahibəyə hazırlıq yollanacağınız şirkət haqqında məlumat toplanmasından başlayır. Müasir texnologiyaları nəzərə alsaq, bu o qədər də çətin deyil. Demək olar ki, hər bir şirkətin şəxsi saytı var. Üstəlik, bu saytlarda şirkətin rəhbəri və əməkdaşların profilləri haqqında da məlumatlara rast gəlmək mümkündür. Məlumat axtarışına müəyyən zaman ayırmaq və əldə edilən məlumatları diqqətlə öyrənmək lazımdır.

Həddindən artıq peşə jarqonundan istifadə etmisiniz:

Müsahibə zamanı peşə jarqonlarından həddindən artıq istifadə edirsinizsə, müsahibəni aparan şəxsdə “özünüzü olduğundan daha ağıllı göstərmək istəyirsiniz” təəssüratı yaranacaq.

Bunu etməyə gərək yoxdur. Belə ki, bununla arzusunda olduğunuz vəzifəni əldə etmək şansını əldən verəcəksiniz.

Digər namizəd daha yaxşı təəssürat bağışlayıb:

Bəzən məsələ sizdə deyil, digər namizədin işəgötürən şəxsdə daha yaxşı təəssürat bağışlamasında olur. Bununla belə, İnsan resursları menecerləri bu haqda sizə heç nə deməyəcək.

İşə götürülmə prosesi sirr olaraq saxlanılacaq və özünüzün prioritet namizəd olub və yaxud olmadığınızı bilməyəcəksiniz. Bu ona görə belə edilir ki, prioritet namizəd işdən imtina edərsə, menecerlər sizə ehtiyat variantı olaraq geri dönə bilsinlər.


Gecikmisiniz:

Bu aydın səbəbdir. İşəgötürən şəxslər belə bir düşüncəyə sahib olar: əgər namizəd arzusunda olduğu işin müsahibəsinə gecikirsə, o işi əldə etdikdən sonra da mütləq olaraq işə gecikəcək. Bu səbəbdən də, vəziyyətin necə olmağından asılı olmayaraq, gecikməyin.

Təqdim etdiyiniz materiallarda səhvlər var:

Burada da hər şey aydındır. Özünüzü ən yaxşı tərəfdən təqdim etdirə biləcəyiniz material hazırlayırsınız. Buna görə də, bu materiallarda hər hansın səhvin olub-olmadığını yoxlamaq lazımdır.

Təqdim etdiyiniz materiallarda səhv aşkar olunduqda işəgötürən şəxs diqqətsiz olduğunuzu və yaxud hazır ki vakansiya ilə ciddi şəkildə maraqlanmadığınızı düşünəcək.

Məlumatları şirkətə göndərməzdən əvvəl savadına əmin olduğunuz yaxın dostlarınızdan və yaxud tanışlarınızdan həmin materialı yoxlamağı xahiş edin.

Son xəbərlər
Digər xəbərlər