15 C
Baku
Saturday, April 27, 2024

Ayda 10 manat ödəməklə gələcəyinizi təmin edin

Expressbank-ın “Mücrü” əmanəti 1,2,3 illik müddətə yerləşdirilə bilər. Hesabı açmaq üçün minimal məbləğ 50 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 10 AZN/USD/EUR olmalıdır. Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Hesab sahiblərinə plastik kart hədiyyə olunur.

Bundan başqa “Mücrü” əmanətçiləri əmanətin 80%-dək məbləğində kredit və ya kredit xətti sifariş edə bilərlər. Kreditin faiz dərəcəsi əmananətin müqavilə üzrə faiz dərəcəsinə 4% əlavə olunaraq təyin olunur. Kredit müqaviləsinin müddəti əmanətin müddətinə görə müəyyən olunur.

Müştərilər “Mücrü” əmanət növü üzrə əmanətlərini həm bankın korporativ saytı, həm də ExpressPay ödəniş terminalları vasitəsilə istənilən vaxt artıra bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər