12 C
Baku
Wednesday, April 24, 2024

“Ayda 5-10 manat sığorta haqqı vermək elə də problemli deyil”

Ölkədə  yaxın vaxtlarda tətbiq olunacağı gözlənən icbari tibbi sığortanın şərtləri, təqribən də olsa, müəyyənləşib.Son dövrdə gündəmdə olan bu məsələyə iqtisadçı, alim:  Əli Əlirzayev münasibət bildirib.

“İcbari tibbi sığorta lazımdır və eyni zamanda zəruridir: Bu zaman həm dövlətin maliyyə imkanları çoxalır, həm də vətəndaşların sağlamlıq təminatı üçün zəmanət yaranır. Ona görə də ayda 5-10 manat sığorta haqqı vermək elə də problemli deyil. Tibbi sığorta şərait yaradacaq ki, gələcəkdə pensiyaya çıxan vətəndaş müalicə olunsun və s. Vətəndaş tibbi sığorta haqqı ödəyibsə, deməli gələcəkdə pulsuz müalicə olunmalıdır. Bir də müəyyən etmək lazımdır ki, icbari tibbi sığortaya hansı müalicələr daxildir. Hələlik bu məsələ açıq qalıb. Başqa bir tərəfdən hesab edirəm ki, sığorta haqqı ödəməyə imkanı olmayanların müalicəsini dövlət öz üzərinə götürməlidir. Belə olsa, daha ədalətli olar”

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər