15 C
Baku
Wednesday, April 24, 2024

Ayrı-ayrı ölkələrdə təhsil prosesi ilə bağlı maraqlı faktlar

  • Əvvəllər Yaponiyada yalnız kişilər məktəbdə müəllim kimi işləyə bilirdi, müəllimlik kişi peşəsi hesab olunurdu.
  • Yapon müəllimləri arasında qadınların sayı yarıdan da azdır.
  • Əksər Yapon məktəblərində yeməkxana yoxdur və uşaqlar bir-başa sinifdə nahar edirlər.
  • Çexiyada məktəb tətilləri yay və qışda olur. Yay tətilləri iki ay davam edir.
  • Çex məktəblərində də beş ballıq qiymətləndirmə sistemi tətbiq olunur, amma ki, “beş” ən pis qiymət, “bir” isə ən yaxşı qiymət hesab olunur.
  • Çexiyada əksər məktəb müəllimləri bir neçə fəndən dərs deyə bilir. Məsələn, bir müəllim həm riyaziyyatdan, həm bədən tərbiyəsindən, digəri isə çex dili, nəğmə və kimyadan dərs deyir.
  • Finlandiyada şagirdin öz istəyi olmadan onu dərs danışmağa çıxarmırlar. Bu ölkədə belə hesab olunur ki, bir şagirdin nöqsanlarını onun digər həmyaşıdları və sinif yoldaşları arasında aşkar və bəyan etmək yolverilməzdir.
  • Fin məktəblərində sinifdə eyni anda iki müəllim çalışır –müəllim və onun köməkçisi.
  • Finlandiya məktəblərində hər dərsdən sonrakı tənəffüs ərzində şagirdlər fəsildən və havadan asılı olmayaraq açıq havaya çıxmalıdır.
  • Kuba məktəblərində yuxarı sinifdə oxuyan şagirdlər müəyyən bir peşəni mənimsəməyə başlamalıdır. Şəhər məktəblərində oxuyan şagirdləri 5-7 həftəliyə kənd təsərrüfatı işləri ilə məşğul olmağa aparırlar.
  • İsveçdə məktəb direktoru istedadlı şagirdi ilin sonunu gözləmədən bir sinifdən digərinə keçirə bilər. Lakin bundan ötrü həm də valideynlərin razılığı tələb olunur.
  • Çin universitetlərində bir dərsin (qoşa saatın) davamiyyət müddəti 40 dəqiqədən çox ola bilməz.
  • Çində uşaqların qış tətili dekabrın sonundan fevralın əvvəlinə qədər davam edir. Bu zaman ölkədə Yeni İli qeyd edirlər.
  • İrlandiyada 6-15 yaşlı uşaqlar üçün məktəb dərslərində iştirak məcburidir. Tələbələrin dərsdə iştirakı (davamiyyət məsələsi) isə sərbəstdir.
  • Norveç məktəblərində şagirdlər yaş qruplara bölünür – ibtidai siniflər, 14 yaşlı yeniyetmələr və 18 yaşlı gənclər. Onların ayrı-ayrı binalarda oxuması diqqətə layiq amildir.
  • Norveç məktəblərində səkkizinci sinfə qədər uşaqlara qiymət qoymurlar.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər