Azər Bağırov Vəkillər Kollegiyasının sədri seçildi

Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.

Yüzdən çox nümayəndənin iştirak etdiyi konfransda kollegiyaya yeni sədr seçilib.

Kollegiya üzvləri səsvermə yolu ilə kollegiyanın Rəyasət Heyərtinin üzvü, vəkil Azər Bağırovu sədr seçiblər.

Qeyd edək ki, A.Bağırov 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının “Vəkillərin peşəyə buraxılış və ixtisasartırma” fakültəsinin dekan əvəzi olub.

Xatırladaq ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib.