Azər Türk Bank vurulan qolların sayına uyğun kredit faizlərini endirir

Futbol üzrə Dünya Çempionatının 1-15 iyul tarixlərində keçiriləcək oyunlarında vurulan qollar tək rəqibləri deyil, faizləri də yenəcəkdir. Belə ki, Azər Türk Bank göstərilən tarixlərdə baş tutacaq qarşılaşmalarda  vurulan hər bir qola görə istehlak kreditləri üzrə faiz dərəcəsini endirəcəkdir.

Gün ərzindəki oyunlarda qapılardan keçən topların sayı hesablanıb illik faiz dərəcəsindən çıxılacaq.

Daha ətraflı məlumatı http://azerturkbank.az/campaigns/soccer/ saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.