Azərbaycan investorları Stavropolda istixana kompleksi inşa edəcəklər

2020-ci ilə qədər Stavropol diyarında 120 hektar sahədə istixana komplekslərinin istifadəyə verilməsi planlaşdırılır. Bu barədə regionun qubernatoru Vladimir Vladimirovun mətbuat xidməti məlumat verib.

Regionda əksər istixana kompleksini Azərbaycan investorları inşa etməyi planlaşdırırlar.

“Bu gün biz Azərbaycandan olan iki yeni tərəfdaş ilə çalışırıq. Onlar 80 hektar ümumi sahədə istixana kompleksləri inşa etməyi planlaşdırırlar. Bütövlükdə isə, diyarda icrasına başlanan layihələr Stavropolda müdafiə edilən torpaq sahələrinin sahəsini daha 120 hektar artırmağa imkan yaradacaq”, – V.Vladimirov deyib.

2017-ci ilin sonuna kimi regiopn federal büdcədən istixana kompleksinin dəstəklənməsinə 1,5 mlrd. rubla yaxın vəsait əldə edəcək. Bu il regionda həmin məqsədlərə 2,9 mlrd. rubl yönəldilib.

“2017-ci ilin yanvar-noyabr aylarında onların istehsal etdiyi məhsulların həcmi 62 min ton təşkil edib, bu da 2015-ci ilin istixanaların bütün məhsullarından iki dəfə çoxdur. Bu gün Stavropol istixanaları müxtəlif səviyəli büdcələrə illik 400 mln. rubla qədər vergi ayırmalarını təmin edir”, – məlumatda vurğulanır.