“Azərbaycan Sənaye Bankı”nın səhmdarlarından biri payını satıb

ASB Bank-ın səhifəsindən

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) səhmlərinin 5,1735%-nə nəzarət edən “Azərbaycan Sənaye Sığorta” ASC (ASS) payını satıb.

Bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, onun payının 4,1735%-lik hissəsini ASB-nin digər səhmdarı “Anadolu İnvesment Kompani” MMC alıb və Bankdakı payını 94,2515%-dən 98,4252%-ə çatdırıb.

Sığorta şirkətinin payının qalan 1%-lik hissəsini isə “Anadolu İnvesment Kompani” direktoru, ASB-nin daxil olduğu “Azərsun Holdinq” MMC-nin sahibi Aldulbari Goozalın qızı Leyla Goozal Kurt əldə edib. Bankın səhmlərinin qalan 0,5748%-lik hissəsinə isə əvvəlki qaydada “Azərbaycan Sənaye Lizinq” MMC nəzarət edir.

Onu da xatırkadaq ki, ASS-nin səhmlərinin 75%-i “Anadolu İnvesment Kompani”yə, 25%-i isə ASB-yə məxsusdur

📝 RƏY BİLDİR