Azərbaycan sığorta bazarında yığımlar 28% böyüyüb

2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 193.1 mln. manat məbləğində sığorta haqları toplanmış, 60.3 mln. manat məbləğində sığorta ödənişi aparılmışdır. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 28% böyüməsi deməkdir.

Bu barədə 2018-ci ilin yanvar-mart ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb.

Könüllü sığorta bazarı üzrə haqlar 157.1 mln. manat, ödənişlər isə 44.4 mln. manat təşkil etmişdir. İcbari sığorta bazarı üzrə haqlar 36 mln. manat, ödənişlər isə 15.9 mln. manat olmuşdur.

2018-ci ilin yanvar-mart ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 81%-i könüllü, 19%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşmışdır.

2018-ci ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Yanvar-mart_2018_shirketler

Yanvar-mart_2018_sinifler

Sığortaçının adı  Sığorta Haqları Sığorta Ödənişləri
1 “A-Qroup ” 30.9 9.3
2 “AXA MBASK”  1,832.90 1,693.30
3 “AtaSığorta” 4,236.20 1,832.20
4 “Atəşgah Həyat”  12,877.80 6,310.90
5 “Atəşgah”  8,425.10 4,555.00
6 “AZSIĞORTA” 5,474.70 2,447.90
7 Azərsığorta 4,608.90 3,502.10
8 “Azərbaycan Sənaye Sığorta” 2,163.70 410.3
9 “Bakı Sığorta” 3,813.90 2,279.80
10 “Günay Sığorta” 189.3 77.8
11 “Meqa Sığorta” 1,422.50 706.8
12 “Paşa Həyat Sığorta” 6,601.40 325.8
13 “Paşa Sığorta” 10,121.20 622.6
14 “Qala Həyat”  62.9                                      –
15 “Rəvan Sığorta” 55,670.30 16,122.30
16  “Standard Insurance”  65,545.30 12,188.40
17 “Xalq Sığorta” 3,167.50 5,524.60
18 “Qala Sığorta” 3,698.60 261.6
19 “İpək Yolu Sığorta” 265.3 75.3
20 “Amrah Sığorta” 1,637.30 747.3
21 “Naxçıvansığorta” 1,270.90 600.9
YEKUN 193,116.50 60,294.30

 

📝 RƏY BİLDİR