Debet kartlar – demək olar ki, bütün banklarda təklif edilən standart məhsullardan biridir. Bir neçə ay öncə malik olduğu özəlliklər və funksiyalardan asılı olmayaraq banklarda olan bütün Debet Kartların tarifləri haqqında məlumatları Sizlər üçün toplamışdıq. Bu araşdırmamızda isə, qiymət və keyfiyyət prinsiplərini nəzərə alaraq bazarda təklif edilən ən sərfəli və ən funksional kartlar haqqında məlumatı sizlərə təqdim edirik. Funksional kartlar dedikdə – digər debet kartlarda olmayan özəlliklərə malik kartlar nəzərdə tutulur. Bu özəlliklərdən ikisini xüsusilə qeyd etmək istərdik: Depozit və “cash-back” funksiyası.

Depozit funksiyası – kart hesabındakı qalıq məbləğə  faiz hesablanmasıdır və müştəriyə pulunu kartda saxlamaqla əlavə gəlir əldə etmək imkanı verir.

“Cash – Back” funskiyası – kartdan istifadə zamanı (nağdlaşma əməliyyatları istisna) istifadə edilən məbləğin müəyyən hissəsinin Bank tərəfindən bonus şəklində karta geri qaytarılmasıdır və müştəriyə kartdan aktiv istifadə zamanı əlavə gəlir əldə etmək imkanı verir.

Aşağıdakı cədvəldə hər iki özəlliyi özündə cəmləşdirən Bank kartlarının siyahısı qeyd edilmişdir.

Bank Kart Depozit funksiyası Cash – Back funksiyası
Bank of Baku
Bolkart Debet
İllik 5%
Maksimum 25%
UniBank
Albalı Plus Debet
İllik 6%
Maksimum 30%
ExpressBank
Expresso Card
İllik 3%
Maksimum 20%

 

Bolkart Debet  ilə bağlı qeydlər:

  • Depozit funksiyası yalnız AZN valyutasında olan kartlar üzrə keçərlidir. Kartdakı qalıq məbləğə olan  minimum tələb 100 AZN təşkil edir. Faizlər gündəlik əsasda hesablanır və gündəlik olaraq kart hesabına əlavə edilir.
  • Bütün ölkədaxili və ölkəxarici, həmçinin online əməliyyatlar zamanı bonus hesablanır

Albalı Plus Debet  ilə bağlı qeydlər:

  • Depozit funksiyası USD valyutasında olan kartlar üzrə də keçərlidir və bu zaman illik faiz dərəcəsi 0.5% təşkil edir. Kartdakı qalıq məbləğə üzrə minimal tələb yoxdur. “Super+” reytinqinə aid olan müştərilər üzrə cash-back illik 6% təşkil edir. Faizlər gündəlik əsasda hesablanır və hər ayın sonu kart hesabına əlavə edilir.
  • Millikart prosessinq mərkəzinə daxil olan Bankların pos-terminalları vasitəsilə alış-verişlərə cash-back xidməti şamil olunmur.

Expresso Card ilə bağlı qeydlər:

  • Depozit funksiyasının aktiv olması üçün kartdakı vəsaitə olan minimal tələb 100 AZN maksimal tələb isə 10 000 AZN təşkil edir. Faizlər gündəlik əsasda hesablanır və hər ayın sonu kart hesabına əlavə edilir.
  • Bank bütün tranzaksiyalar zamanı müştərilərə bonus qazandırır. Belə ki partnor müəssisələrdən edilən alış verişlər zamanı 1%-dən 20%-dək, qeyri partynor olan müəssisələrdən alış verişlər zamanı isə 0.3% həcmində bonus hesablanır.

 

Kartların qiyməti ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Kart Bolkart Debet Albalı Plus Debet Expresso Card
Kartın müddəti
1 il / 2 il / 3 il
3 il 
4 il 
Kartın qiyməti
Bolkart Gənc
1 il – 7 AZN, 2 il  – 12 AZN, 3 il  – 16 AZN
Bolkart Ailə 
1 il – 8 AZN, 2 il  – 14 AZN, 3 il  – 18 AZN
Standart – 5 AZN/USD 
Contactless* – 12 AZN/USD
5 AZN 

 

*Contactless kartlarla 20 AZN-dək (və ekvivalentində) ödənişləri kartın pin kodunu yığmadan, kartı sadəcə POS-terminala yaxınlaşdırmaqla mümkündür.

Cədvəldəki tariflər kartların standart növlərinə məxsusdur. Premium (Gold, Platinium və s.) kart növləri üzrə tariflərlə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

Bolkart Debet – http://bolkart.az/az/bolkart-debet/bolkart-gold-debet/http://bolkart.az/az/bolkart-debet/bolkart-diamond-debet/

Albalı Plus Debet – http://www.unibank.az/az/private-clients/plastic-cards/albali-plus-debet