Azərbaycanda bu ASC İdarə Heyəti sədrini dəyişir

“Büllur” Açıq Səhmdar Cəmiyyəti (Cəmiyyət) səhmdarlarının 4 may tarixində növbədənkənar ümumi yığıncağı keçirləcək.

Banker.az bu barədə Cəmiyyətn idarə heyəti yaydığı məlumata istinadən bildirir.

İclasa gələn səhmdarların qeydiyyatı saat 10.00-dan başlayacaqdır.

Ümumi yığıncağın gündəliyinə Cəmiyyətin idarə heyəti sədrinin dəyişdirilməsi salınıb.

Ümumi yığıncaqda səhmdarların iştirakı vacibdir. Ümumi yığıncağda iştirak etmək iqtidarında olmayan səhmdarlar ümumi yığıncağın iclasına çıxarılmış məsələlərlə əlaqədar öz təklif və münasibətlərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsinin və cəmiyyətin nizamnaməsinin 16.4-cü bəndinin müddəalarına uyğun qiyabi səs vermək, öz təkliflərini və münasibətini yazılı şəkildə bildirmək səlahiyyətindədirlər. Səhmdarlar ümumi yığıncağın keçirilməsi və gündəliyi ilə bağlı əlavə məlumatları aşağıdakı ünvanda cəmiyyətin idarə heyətindən ala bilərlər.

Xatırladaq ki, iclas 4 may 2018-ci il saat 11.00-da Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti (keçmiş Telnov küçəsi) 29 nömrəli ünvanda (poliklinikanın arxasındakı 1 mərtəbəli binada) keçiriləcək.

Ümumi yığıncağa gələn hər bir səhmdar özünün şəxsiyyət vəsiqəsini, şəxsiyyətini təsdiq edən digər sənədi və cəmiyyətin səhmlərinə sahib olmasını təsdiq edən sənədi, səhmdarların nümayəndələri isə, həmçinin notarial qaydada təsdiq olunmuş müvafiq etibarnaməni ümumi yığıncağın başlanmasından 1 saat əvvəl cəmiyyətin müdriyyətinə təqdim etməli və qeydiyyatdan keçməlidir.

 

 

📝 RƏY BİLDİR