Azərbaycanda dollar erası başa çatmaq üzrədir

Ölkədə inflyasiyanın daha da aşağı düşməsi fonunda milli iqtisadiyyatda dollarsızlaşdırma prosesi sürətlənəcək

Etibarsızlıq buludları Azərbaycandan çıxmağa hazırlaşan ABŞ dollarının başı üzərində getdikcə daha çox sıxlaşır. Hazırda Azərbaycan vətəndaşlarının əmanətlərinin getdikcə böyüməsinin müşahidə edilməsi ola bilsin, təkcə əhalinin bank sisteminə olan etibarının artırması ilə bağlı deyil, həm də milli valyutamız manata olan etibarın artması isə bağlıdır.

Noyabr ayı ərzində fiziki şəxslərin depozitləri 90 milyon manat, yaxud 1,2% artaraq 1 dekabr 2017-ci il tarixində 7,37 milyard manata çatıb. Bu, AR Mərkəzi Bankının “Fiziki şəxslərin əmanətlərinin strukturu”nun əks olunduğu cədvəldən də görünür.

Diqqətəlayiq haldır ki, bu proses manat əmanətlərinin artımı fonunda baş verir. Bir ay ərzində bu əmanətlər 96 milyon manat, yaxud 4,4% artaraq 2,285 milyard manat təşkil edib.

Neftin bahalaşması fonunda manat bahalaşmır. Səbəb?

Xalqın milli valyutaya olan inamının artmasını 2017-ci illə müqayisə edəndə də görmək olar. 2017-ci ilin əvvəlləri ilə müqayisədə bu nisbət 832 milyon manat və ya 57% faizdir.

Bunun əksi olan göstəricilər dollar əmanətlərində izlənilir. Bir ay ərzində dollar əmanəti 6 milyon manat dəyərində aşağı düşüb. İlin əvvəli ilə müqayisədə isə 1,209 milyard manat azalaraq, 5,086 milyard manat təşkil edib.

Məhz banklardakı dollar depozitlərinin əhali tərəfindən çıxarılması fiziki şəxslərin əmanətlərinin ümumi həcminin azalmasına səbəb olmuşdu. İlin əvvəlindən etibarən bu göstərici 377 milyon manat, yaxud 4,9% azalıb.

Ümumiyyətlə, bu tendensiyanın müsbət tərəfi də var: milli iqtisadiyyatın dollarsızlaşdırılmasına start verilib. İlin başlanmasından etibarən xarici valyuta əmanətlərinin ümumi həcmdə payı 12 azalaraq 69%-ə çatıb. Bu isə o deməkdir ki, 2017-ci ildə manat dolları sıxışdırmağa başlayıb.

Xatırladaq ki, 2015-ci ildə baş verən ikirəqəmli inflyasiya səbəbindən vətəndaşlar öz əmanətlərini itirəcəklərindən qorxaraq onu xarici valyutaya dəyişməyə başladılar. 2014-cü ildə manatla (61%) olan əmanətlər dollarla (39%) olan əmanətlərdən çox qeydə alınmışdı. 2015-ci ildə isə bu vəziyyət sürətlə Amerika dollarının xeyrinə dəyişdi.

Amma hazırda vətəndaşların manat əmanətlərinin həcmi artıb ki, bu da manatın sabitləşməsi ilə əlaqədardır. 2017-ci ilin yanvarında 1 dollar 1,7707 manata idi. 2018-ci ilin 16 yanvarında isə Azərbaycan Mərkəzi Bankının açıqladığı məzənnəyə görə, 1 ABŞ dolları 1,7001 manatdır.

Dollar əmanətlərinin azalması onunla bağlıdır ki, əhali öz vəsaitlərinin Amerika valyutasında qorunmasını perspektivsiz görür. Məsələ ondadır ki, bankirlər dollar depozitləri üzrə dividendlərin ödənilməsini illik 3% —ə endiriblər. Xatırladaq ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) manatla olan depozitləri illik 15% —dən yuxarı sığortalamır, dollarla olanları isə illik 3% —dən yuxarı.

Yeri gəlmişkən, 2018-ci ilin yanvar ayında başlayan son tendensiya göstərir ki, Amerika dolları heç də özünün yaxşı çağını yaşamır. Hazırda avro-dollar cütlüyü ötən üç il ərzindəki ən aşağı səviyyəsindədir.

Bununla bərabər, banklarda manat depozitlərinin yüksək gəlirliliyi bir daha əhali üçün cazibədar ola bilər. Bu isə milli iqtisadiyyatın dollarlaşma səviyyəsinin daha da azalmasına gətirib çıxaracaq.

Məsələ burasındadır ki, əmanətlərin döşək altında saxlanmasının perspektivi yoxdur. Çünki Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2017-ci ildə istehlak bazarında qiymətlərin artımı 12,9% təşkil edib ki, bu da depozitləri “döşək altında” qorunmağa başlamağın nəticəsidir.

Bununla əlaqədar olaraq, gözləmək olar ki, əhali kredit təşkilatlarının sıradan çıxmasından qorxaraq banklardan götürülmüş vəsaitlərin geri qaytarılmasını sürətləndirsin.

Bundan əlavə, öz əmanətlərini bankalara milli valyutada yerləşdirməklə adamlar nəinki öz vəsaitlərini inflyasiyadan qoruyacaqlar, həm də heç də pis olmayan dividentlər əldə edəcəklər. Çünki Mərkəzi Bankın bəyanatına görə, 2018-ci ildə ölkədə inflyasiyanın həcmi illik 6-8% olacaq, banklar isə illik 10%-dən yuxarı dividentlər vəd edə bilərlər.

Bununla bağlı olaraq, Azərbaycanda dolların batması fonunda milli valyuta üçün maliyyə bazarında öz mövqeyini möhkəmləndirmək baxımından heç də pis perspektivlər açılmır.


©Sputnik Azərbaycan 

📝 RƏY BİLDİR