Sığorta yığımları hansı sığorta şirkətlərində böyüyür, hansında kiçilir? – SİYAHI

2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətləri tərəfindən sığorta haqları 2016-ci ilin analoji dövrü ilə müqayisədə 12,4% artaraq 504,23 mln. manatı ötüb. 

Banker.az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-ci ilin yanvar-noyabr aylarına istinadən apardığı araşdırmasına görə, bu müsbət göstəricilər 11 Sığorta Şirkətdə (S.Ş) hiss olunsa da qalan 10-da isə göstəricilər mənfidir. Reytinqə görə, bazrın 50%-ə yaxınına “PAŞA Holding”in şirkətləri başçılıq edir.

Araşdırmaya görə, ən müsbət göstərici “Günay Sığorta”dadır. Belə ki, 1 il ərzində 3,6 dəfə böyüyən “Günay Sığorta” bi ilin ilk 11 ayında 8,7 mln. manat toplayıb.

Sığorta haqlarının toplanmasının həcminə görə lider olan “Paşa Həyat” 92% böyüyərək 136,8 mln. manatla lider olub. Şirkəti ötən ilin anoloji dövrü ilə müqayisədə ən çox böyüyən 3-dən biridir.

Ən pis göstəricini 71,3 % azalma ilə “Amrahsıorta” tutub. Belə ki, ötən ilin 11 ayında 56,2 mln. manat sığorta haqqı yığdığı halda bu il bu rəqəm 16,1 mln manata düşüb.

Artıma görə sıralama, manatla

📝 RƏY BİLDİR