Azərbaycanda iki şirkət birləşdiyini elan edib

“MAIN yaşayış kompleksi” Mənzil-tikinti kooperativi aprelin 13-də “MAIN Development Azerbaijan Ltd” ilə birləşərək yenidən təşkil edildiyini elan edib. “Garant Holding” şirkətlər qrupu ikinci şirkəti öz strukturuna daxil edib.

MAIN yaşayış kompleksi Yasamal rayonunda tikilir və 12 yüksək mərtəbəli binadan ibarətdir. Təxminən 1250 mənzilin bir hissəsi satılıb, deyə MTK-nın satış şöbəsində Turan-a bildiriblər.