Azərbaycanda ilin ən uzun iş həftəsi başlandı

Bu gündən etibarən Azərbaycanda ilin ən uzun iş həftəsi başlandı. 31 dekabrdan 6 yanvara qədər ölkədə qeyri-iş günü elan edilib. Bu qərar Nazirlər Kabineti tərəfindən Yeni il bayramı və Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə verilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, şənbə və bazar günü olan 28 və 29 dekabr tarixləri iş günü hesab ediləcək. Bunun əvəzində isə vətəndaşlar yeni 2014-cü ilin yanvar ayının 6-na qədər istirahət edə biləcəklər.

Yeni ildə yeni iş günü 7 yanvar olacaq.

Lakin ailə, dostlar və tanışlar ilə uzun unudulmaz istirahət keçirməmişdən öncə əvvəlkindən daha uzun müddət işləmək lazım gələcək. Beləliklə, bu həftə 5, yaxud 6 gün deyil, 8 gün işləyəcəyik. Lakin unutmayaq ki, bu uzun iş həftəsindən sonra bizi uzun istirahət gözləyir.

📝 RƏY BİLDİR