14 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi başlayacaq

İyunun 11-dən Bakı fond Birjasında Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) sənədsiz, təmin edilmiş, adlı, faizli istiqrazlarının doqquzuncu emissiyasının 5 milyon manat dəyərində beşinci tranşının yerləşdirilməsi başlayır.

İstiqrazlar 101,2167 qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak etmiş təşkilat qismində AMB çıxış edir.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilatlara müraciət edə bilərlər.

Trend

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər