Azərbaycanda nümayəndəliyi olan 4 audit şirkətinin dəyəri $10 milyarddan çox artıb

Ötən il ərzində dörd beynəlxalq audit şirkətinin dəyəri 10 mlrd. dollardan çox artıb.

Xarici KİV-ə istinadən, ötən il “PwC” şirkəti ən dəyərli qlobal brendlər arasında 16 pillə yüksələrək 50-ci pillədə qərarlaşıb. 2017-ci ildə şirkətin dəyəri 18,5 mlrd. dollardan 22,28 mlrd. dollara yüksəlib.

“Deloitte” şirkətinin dəyəri 16,7 mlrd. dollardan 20,83 mlrd. dollara yüksəlib. Bununla da şirkət öz yerini 77-ci pillədən 59-cu pilləyə qədər dəyişə bilib. “EY” şirkəti dəyərini 17,13 mlrd. dollara çatdıraraq 14 pillə irəliləyərək 84-cü pillədə qərarlaşıb. KPMG (Klynveld Peat Marwick Goerdeler) isə 12,47 mlrd. dollarla 119-cu pillədə yer alıb.

Qeyd edək ki, adları çəkilən audit şirkətlərinin hər biri Azərbaycanda müxtəlif maliyyə qurumlarının auditini həyata keçirir.

📝 RƏY BİLDİR