Azərbaycanda sığorta ombudsmanının yaradılması təklif olunur

Azərbaycanın sığorta sektorunun öz ombudsmanına ehtiyacı var.

Bunu bank ombudsmanı İkram Kərimov deyib.

Onun sözlərinə görə, müştərilər tez-tez sığorta hadisələri ilə bağlı ödənişləri vaxtında və tam həcmdə ala bilmədiklərindən şikayət edir: “Müştərilər arasında göstərilən sığorta xidmətləri ilə bağlı narazılıqlar var. Fikrimcə, bu sahədə mübahisəli məsələlərin həlli ilə məşğul olacaq ombudsman təşkilatına ehtiyac var”.