8 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda sığorta şirkətləri xidmətlə yox, qiymətlə rəqabət aparırlar

Banker.az saytının müsahibi AXA MBASK sığorta şirkətinin İdarə Heyətinin Sədri Yavuz Ölken 

Bu gün AXA MBASK –ın bütün dünyada Azərbaycan əhalisinin 7 hətta deyə bilərəm 11, 13 misli qədər müştərisi var(102 milyon) . Avropa, Asiya, Amerika, Afrika qitələri daxil olmaqla, 55-56 ölkədə fəaliyyət göstərir. Qeyd edim ki, beynəlxalq şirkət olan AXA Türkiyədə də fəaliyyətdədir.  Bütün ölkələrə yayılmaq niyyəti ilə AXA  Azərbaycan sığorta bazarına  2011-ci ildə gəlmişdir.

Beynəlxalq şirkət olan AXA fəaliyyət göstərdiyi ölkələri hansı qaydada seçir?

AXA –nın investisiya komitəsi fəaliyyət göstərir. Komitə ölkələrin iqtisadi inkişaf, potensialını qiymətləndirməsi işi ilə məşğuldur. Belə bir qiymətləndirmə Azərbaycan ilə də oldu. Belə ki, AXA  Azərbaycan sığorta bazarına daxil olmamışdan qabaq 6 ay araşdırma apardı. Bu məqsədlə biz dövlət orqanları, banklar, sığortaçılarla görüşlər keçirdik. Ümumiyyətlə, AXA inkişafa hazır, əhalisi gənc olan, iqtisadiyyatı stimullaşmış  ölkələrə üstünlük verir.

Yavuz bəy, siz həmin ölkələrdə AXA –nın fəaliyyətini yaxından izləyirsiz. Azərbaycan sığorta bazarı ilə həmin ölkələrin(xüsusilə Türkiyə) sığorta bazarlarını hansı oxşar, fərqli dəyərlər birləşdirir?

Azərbaycan da problem ondan ibarətdir ki, əhalinin sığortaya marağı azdır. Ümumilikdə götürdükdə hər bazarın özünə görə üstünlükləri var. Mövcud situasiyanı dövlət orqanlarının əhalini sığorta bazarı ilə bağlı maarifləndirmək sahəsində aktiv şəkildə iştirak etməməsi ilə bağlamaq olar. Onu da əlavə edim ki, son iki ildə Dövlət Sığorta Nəzarəti Xidmətinin işini(xüsusilə icbari sığortanın tətbiqi) yüksək qiymətləndirmək olar. Vətəndaşlarda belə fikir formalaşıb “ Biz vaxtında sığorta ödənişi edəcəyik, amma sığorta hadisəsi zaman sığorta şirkətləri bizə bir qəpik də ödəməyəcək” Sığorta şirkətləri çalışmalıdırlar ki, bu steorotipləri dağıtsınlar. Bunun üçün insanların müştəri məmnuniyyətini( sığorta ödənişi vaxtında ödəmək və s) təmin edilməlidir. Bu şəkildə vətəndaşın inamını qazanmaq olar.

Bu gün Azərbaycan sığorta bazarı 25 il əvvəlki Türkiyəyə bənzəyir.  Azərbaycan sığorta bazarını Türkiyədən 20-25 il ayırır. Bu geriləmənin səbəblərini texnologiyanın tətbiqindən tutmuş  müştəri xidmətləri,  bazarın inkişafına qədər qeyd etmək olar.  Türkiyədən fərqli olaraq Azərbaycan balaca ölkədir, bu da imkan verir ki əhaliyə daha əlçatan olasan.  Bunu Azərbaycan bazarının üstünlüyü kimi qiymətləndirmək olar. Oxşar xüsusiyyətlərindən biri ondan ibarətdir ki, Türkiyə Cümhuriyyəti də sığortanın inkişafını icbarı sığorta növü ilə təmin edə bildi. Düşünürəm ki, Azərbaycan 10-15 il içində Türkiyə kimi sığorta bazarına sahib olacaq. İnsanlar könüllü şəkildə  sığortalanmaq istəməyəcəkdilər.?! Bütün dünyada sığorta icbari qaydada başlayır. Əsas məqsədləri isə sığorta bazarının inkişafını təmin etməkdir. Azərbaycanda vəziyyət başqadır: Azərbaycanda icbari sığortanın qiymətləri  məcburi xarakter daşıyır. İnkişaf etmiş ölkələrdə sığorta növü icbaridir, sığortanın qiymətləri isə sərbəstdir. Sığorta qiymətlərini inkişaf etmiş ölkələrdə olduğu kimi sığorta şirkətlərinin özləri müəyyən etməlidirlər. İnkişaf etmək istəyiriksə qayda belə olmalıdır, amma proqnozlaşdırmaq olar ki, yaxın 3-4 ildə sığorta növü icbari olacaq, qiymətlər isə sərbəstləşəcək.

Azərbaycanda tariflərdən razısız?

Təəssüf ki, Azərbaycanda sığorta şirkətləri xidmətlə yox, qiymətlə rəqabət aparırlar. Nəzərə almaq lazımdır ki, öncə xidmət, innovasiya ilə rəqabət aparmaq lazımdır. Onu da əlavə edim tariflər qənaətbəxş deyil. Sığorta şirkətlərinin riyazı hesabları, beynəlxalq standardları azdır, bu da rəqabət mühitini azaldır. Problemlərri görən Dövlət Sığorta Nəzarət Xidməti bu yay rezerv(sığorta şirkətlərinin qiymət hesablamalarını düzgün hazırlamaları üçün tətbiq edilən məcburiyyət) sistemi yaratdı. Qiymətləndirmələr zamanı mənfəəti az, zərəri çox olan sığorta şirkətləri üçün rezerv sistemi tətbiq olunur. Rezerv əlavə kapital öhdəliyi gətirməklə, sığorta şirkətinin balansına təsir edir. Bunun olmaması üçün sığorta şirkətləri işlərini düzgün etməlidirlər ki, əlavə kapital öhdəliyi gəlməsin. Ümid edirəm, sığorta bazarındakı bu vəziyyət müsbət istiqamətdə dəyişiləcək.

Azərbaycan əhalisinin avtomobil sığortasına daha çox maraq göstərir, Türkiyə də vəziyyəti necə qiymətləndirərdiz?

Türkiyədə fərqlidir. Belə ki, bu gün türklər avtomobildən başqa mənzil , fərdi qəza, fərdi tibbi sığorta növlərinə də üstünlük verirlər. Türk vətəndaşı bu gün 3-4 sığorta növü üzrə sığorta olunur. Türkiyədə pensiya sığorta növü var, Azərbaycan sığorta bazarında belə bir məhsul yoxdur. Biz istəyirik ki, bütün şəxslərin  əmlak, avtomobil,  sağlamlıq, fərdi qəzası sığorta növləri ilə təminatı yüksək səviyyədə olsun.

Bu gün Azərbaycan əhalisinin hansı sığorta növünə daha çox ehtiyacı var?

Bu gün Azərbaycanda 4 sığorta növü(könüllü avtomobil, mənzil, könüllü tibbi sığorta, fərdi qəza) olmalıdır. Könüllü sığorta növlərinin sayı artmalıdır. Azərbaycan da kiçik sahibkarların(kiçik restoran sahibləri və s) sığortalanması yoxdur. Onların məsuliyyət, əmlak sığortasına ehtiyacı var. Böyük şirkətlər onsuz da sığortalanır. Sığorta şirkətlərinin işi küçədəki vətəndaşın sığortasını təmin etməkdir. Əgər sığorta şirkəti bunu edə bilməyəcəksə, sığorta bazarı çökəcək. Küçədəki insanları cəlb etmə üsülları: Müştəriyə uyğun qiymətlərlə, yeni məhsullar hazırlayırıq. Bunları bağlama halında müştəriyə təqdim edirik.

AXA MBASK dövlətdən nəyi gözləyir?

Dövlətin son iki ilki fəaliyyəti təqdirəlayiqdir. Birincisi, insanların sığorta bazarı ilə bağlı maarifləndirməsini təmin etmək üçün dövlət sığorta şirkətləri ilə daha yaxından əlaqə qurmalıdır. Bizim istədiyimiz budur. İkincisi, yeni sığorta məhsulları satmağımız üçün qanunda(tibbi sığorta, kənd təssərrüfatı)  bəzi düzəlişlərin olmasını arzuolunandır. Üçüncüsü, dövlət sığorta şirkətlərinin monitorinqini daha yaxından aparmalı nöqsanı olan sığorta şirkətlərini müəyyən etməli, onları fərqlənmələri üçün tövsiyyələrini verməlidir. Məsələn, Şirkətin Qubanın hansısa kəndində faəliyyət göstərən agenti müqavilələri onlayn qaydada hazırlayır. Başqa bir sığorta şirkətinin eyni ərazidəki agenti isə müqaviləni əl ilə hazırlayır. Təbii ki, səhv, nöqsanlara yol verəcək. Ümid edirəm, bu məsələlərə baxılacaq. Bu istiqamətdə işlər görüləcək.

Növbəti 5 il üçün Azərbaycan sığorta bazarı ilə bağlı hansı proqnozları verə biləriz?

Xarici şirkətlər bazara daxil olacaq. Belə olan halda, güclü şirkətlər kiçikləri aradan çıxardacaq. Kiçik şirkətlər rəqabətə dözməyəcəklər. Müştərin tələb etdikləri sığorta məhsulu hazırlanacaq. Sığorta bazarında vəziyyət çətinləşəcək. Yəni, müştəri artıq nəinki qiymətlərə o cümlədən sığorta şirkətinin nüfuzuna da baxacaq.

Müsahibə üçün AXA MBASK sığorta şirkətinin İdarə Heyətinin Sədri Yavuz Ölken-ə təşəkkürümüzü bildiririk.

Son xəbərlər
Digər xəbərlər