Azərbaycanda tikintidə çalışanların maaşları düşüb

Dövlət Statistika Komitəsi tikinti sahəsində çalışan muzdlu işçilərin sayı və orta aylıq əmək haqqı barədə açıqlama verib.

Banker.az-a Komitən məlumat daxil olub ki, 2017-ci ildə tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,7 min nəfər təşkil edib, onların 52,9 min nəfəri binaların tikintisində, hər birində 24,9 min nəfər olmaqla mülki təyinatlı inşaat işlərində və ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 27,4 faizi dövlət, 72,6 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olub.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 4,1 faiz azalaraq 780,7 manat olub.

Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 884,5 manat, dövlət sektorunda isə 522,8 manat olmuşdur.

Əvvəlki illə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əmək haqqı 16,8 faiz azalmış, mülki təyinatlı inşaat işlərində 12,4 faiz, binaların tikintisində isə 1,7 faiz artmışdır.