26 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

Banker.azın APA-ya istinadən verdiyi xəbərə görə, “Texnikabank” ASC törəmə strukturu olan “Texnika Kapital Menecment” MMC-nin adının və təşkilati hüquqi formasının dəyişdirilərək “Kapital Menecment İnvestisiya Şirkəti” ASC adlandırılması qərarını verib.

Şirkətin Müşahidə Şurasının üzvü Cəfər İbrahimlinin verdiyi məlumata görə, “Kapital Menecment İnvestisiya Şirkəti” ASC Azərbaycan Respublikası “Qiymətli kağızlar bazarı haqqında qanunun” tələblərinə uyğun olaraq formalaşdırılıb.

Qeyd edək ki, 2016-cı ildən etibarən şirkət “Kapital Menecment İnvestisiya Şirkəti” ASC adı ilə fəaliyyətini davam etdirəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər