Azərbaycanın bank sektoru kiçilir – Göstəricilər “ürəkaçan” deyil

Azərbaycan bank sektorunun cəmi aktivləri 2017-ci il dekabrın 1-nə 26 393,9 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən, bu, ilin əvvəli ilə müqayisədə 16,05% azdır.

Bankların aktivlərinin 38,4%-ni və yaxud 10 143,5 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 11 ayda sektorun kredit portfeli 28,8% kiçilib.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 21,25% azalaraq 23 255 mln. manata, o cümlədən depozit portfeli 4,2% azalaraq 15 723 mln. manata düşüb. Bunun 7 346,6 mln. manatı fiziki şəxslərin, 8 376,4 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Yanvar-noyabr aylarında əhalinin əmanətləri 1,1%, şirkətlərin vəsaitləri isə 6,7% azalıb.

İlin əvvəlindən bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 67,65% azalaraq 548,6 mln. manata düşüb.

Bu müddətdə bank sektorunun cəmi kapitalı isə 64,45% artaraq 3 138,9 mln. manata çatıb.