Azərbaycanın sığorta bazarı 55% böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti 301,4 mln. manat sığorta haqqı toplayıb və 78,5 mln. manat sığorta ödənişi həyata keçirib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verilir.

Məlumata görə, illik müqayisədə sığorta yığımları 55%, sığorta ödənişləri isə 4% artıb.

4 ay ərzində könüllü sığorta bazarı üzrə haqlar 220,9 mln. manat, ödənişlər isə 56,9 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 80,5 mln. manat, ödənişlər isə 21,6 mln. manat olub.

Məcmu sığorta haqlarının 73,3%-i könüllü, 26,7%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72,5%-i könüllü, 26,5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-aprel ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

2018-сı ilin yanvar-aprel ayları üzrə Sığortaçılqar

2018-сi ilin yanvar-aprel ayları üzrə Siniflər üzrə

📝 RƏY BİLDİR