Azərbaycanın şimal rayonlarında 28 modul tipli yeni məktəb tikiləcək

Gələn il Azərbaycanın şimal rayonlarında 28 modul tipli məktəb binası tikiləcək.

Hazırda inşası davam edən üç məktəb binası isə 2017-ci ilin sonuna kimi şagirdlərin istifadəsinə veriləcək. Bu modul tipli təhsil ocaqları Xaçmazın Bayoba, Çılğır və Şabranın Hacıqaraqaşlı kəndlərində tikilir.

Əlvan Fətəliyev adına Bayoba kənd tam orta məktəbi üçün inşa olunan tədris ocağı 100 şagird yerlikdir. Tikintisinə oktyabr ayında başlanılan birmərtəbəli tədris ocağının ümumi sahəsi 350 kvadratmetrdir. Məktəb binasında 9 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunacaq.

Şimal bölgəsində 2017-ci ildə 12 yeni məktəb binası istifadəyə verilib ki, bunlardan da 7-si modul tipli təhsil ocaqlarıdır.

📝 RƏY BİLDİR