Azərbaycanlı milyarder: “2000-ci ildə buraxdığımız səhvə bir daha yol verməməliyik”

Vahid Ələkbərov - azərbaycanlı iş adamı

“Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov neftin optimal qiymətini açıqlayıb.

“Interfax” agentliyinə istinadən, şirkət rəhbəri neftin 1 barrelinin qiymətinin 60-65 dollar olmasını optimal hesab edir: “Neftin qiymətinin 60-65 dollar olması OPEC-in üzvü olan və olmayan tərəfləri qane edir. Bu baxımdan biz danışıqlara getməli, təmkinli olmalıyıq ki, 2000-ci ilin ortalarında buraxdığımız səhvə bir daha yol verməyək”.

📝 RƏY BİLDİR