Azərbaycanlı milyarderlər idman kompleksi aldı

Azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyeva məxsus “Kiyevskaya ploşad” şirkəti iş adamı Musa Bajayevin “Olimpiskiy” idman kompleksini satın alıb.

“Forbes Russia”-ya istinadən, alqı-satqı barədə razılaşma 2017-ci ilin dekabrında baş tutub. Razılaşmağın məbləği hələlik açıqlanmayıb.

“Olimpiyskiy”nin yeni sahibləri idman kompleksinin yenidənqurma işlərinə 300 – 400 milyon dollar ayırmağı planlaşdırır.

Qeyd edək ki, “Sülh prospekti” metrosunun yaxınlığında yerləşən “Olimpiyskiy” kompleksi 1980-cı ildə Moskvada keçirilən Olimpiya Oyunları üçün tikilib.

– AzVision

📝 RƏY BİLDİR