“Azərişıq” “ASAN xidmət” mərkəzlərində layihələrin həyata keçirilməsinə 4 mln. manat yönəldəcək

“Azərişıq” ASC “Gatdigital” MMC ilə “ASAN xidmət” mərkəzlərində layihələrin həyata keçirilməsində istifadə olunan material və avadanlıqların satın alınması haqqında 3 mln. 838,703 min manat dəyərində müqavilə bağlayıb.

““Gatdigital” “Azərişıq” MMC-nin layihələri üçün “ASAN xidmət” mərkəzlərində istifadə olunan 3 mln. 838,703 min manat dəyərində mal və material tədarük edəcək”, – deyə Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.

Bununla belə, layihələrin növləri barədə məlumat verilmir.

“ASAN xidmət” mərkəzlərində “Azərişıq” ASC abunəçilərinə 13 növ xidmət göstərilir.