“Azərkosmos” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Sənədə əsasən, Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 1-ci hissəsi ləğv edilib.

Nazirlər Kabinetinin digər qərarına əsasən, “Azərkosmos” ASC gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısına daxil edilib.